Главная > Baş Xəbər > Könüllü öz ölkəsinə qayıdanlara 3 min avro və 1 illik kirayə pulu veriləcək-Almaniyada

Könüllü öz ölkəsinə qayıdanlara 3 min avro və 1 illik kirayə pulu veriləcək-Almaniyada


4-12-2017, 21:22.

Könüllü öz ölkəsinə qayıdanlara 3 min avro və 1 illik kirayə pulu veriləcək-Almaniyada

 

Könüllü öz ölkəsinə qayıdan qaçqn və miqrantlara 3 min avro birdəfəlik yardım və 1 illik kirayə pulu veriləcək.

AzEuroNews.com–un məlumatına görə, Almaniya federal hökuməti sığınacaq istəyi rədd olunanların ölkəsinə könüllü qayıtması üçün hazırladığı proqramı işə salıb.

Federal Daxili İşlər Nazirliyindən verilən açıqlamada qeyd olunur ki, qaçqın və miqrantlar "Yenidən uyğunlaşmaya dəstək” adlı proqramla əlavə yardım ala biləcəklər: "Əgər sığınacaq istəyi rədd edilənlər arasında ölkəsinə könüllü qayıtmaq istəyən olarsa əlavə olaraq 3 min avro yardım ala biləcək. Bu proqram 2018-ci ilin fevral ayının sonuna kimi qüvvədə olacaq”.

Daxili işlər naziri Thoman de Maizieren

Almaniyanın Daxili İşlər Naziri Thomas de Maziere

Almaniyanın Daxili İşlər Naziri Thomas de Maziere "Bild am Sonntag” qəzetinə açıqlamasında bildirib ki, sığınacaq istəyi rədd edilənlər bu proqramdan yararlansalar yaxşı olar:"Proqramda nəzərdə tutulub ki, ölkəsinə qayıdanlara 3 min avro birdəfəlik yardım verilməklə yanaşı onlara bir illik kirayə pulu da verilsin. Çünki miqrant və qaçqınların çoxunun öz ölkəsində evi yoxdur”.

Qəzetin məlumatında qeyd olunur ki, 2017-ci ilin fevralından oktyabrına kimi 8639 qaçqın və miqrant könüllü olaraq öz ölkəsinə qayıtmaq üçün ərizə ilə müraciət edib.

Məlumat üçün bildirək ki, Almaniyada könüllü qayıdışla bağlı müxtəlif proqramlar var. Onların ən məşhuru "Beynəlxalq Miqrasita Təşkilatı”nın (OİM) "Könüllü qayıdış” proqramıdır. Hər il bu proqramın tətbiqi ilə bağlı əvvəlcədən vaxt təyin olunur. Ölkəsinə geri dönmək istəyən qaçqın və miqrantlar böyüklər üçün 1200 avro, uşaqlar üçün 600 avro nəzərdə tutulan yardımdan yararlanırlar.

Hazırda Almaniyada sığınacaq istəyi rədd edilən 115 min nəfər qaçqın və miqrant var.

 


Вернуться назад