Главная > Dünya > "Qarabağ"ı unutmaq lazım deyil" - Konte

"Qarabağ"ı unutmaq lazım deyil" - Konte


5-12-2017, 11:12.

                         "Qarabağ"ı unutmaq lazım deyil" - Konte

 

"Atletiko" dünyanın ən yaxşı klublarından biridir. Çempionlar Liqası böyük turnirdir və biz çox çətin qrupda yer almışıq. Qrupda "Çelsi", "Atletiko", "Roma" var və "Qarabağ"ı da unutmaq lazım deyil. "Atletiko" "Qarabağ”la hər iki oyunda xal itirdi. "Roma" da onlarla matçda əziyyət çəkdi".

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Çelsi"nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Atletiko" ilə oyun öncə deyib.

O, Madrid təmsilçisinin yaxın keçmişdə ÇL-də iki dəfə final oynadığını xatırladıb: " Onlar 1/8 finala çıxmasalar, sürpriz olacaq. Ancaq yenə təkrar edirəm, bu qrupdan çıxmaq asan deyill”.

 


Вернуться назад