Главная > Baş Xəbər > Ərdoğanın Qüds çağırışına ABŞ-dan dəstək

Ərdoğanın Qüds çağırışına ABŞ-dan dəstək


6-12-2017, 15:37.

                              Ərdoğanın Qüds çağırışına ABŞ-dan dəstək

 

Müsəlman liderlər Rəcəb Tayyib Ərdoğanın çağırışına əməl edərək birlik nümayiş etdirməlidir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Müsəlman Təşkilatları Şurasının Baş katibi Üsamə Camal danışıb.

Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıyacağı barədə məlumatlara bir çox ölkədən reaksiya gəldiyini bildirən Camal ən ciddi reaksiyanı Türkiyənin nümayiş etdirdiyini bildirib.

"Yalnız Ərdoğan İsrailə qarşı fikirlərini yüksək səviyyəyə qaldırdı və məsələnin sadəcə Fələstin deyil, ümmət məsələsi olduğunu bildirdi. Məsələ ilə bağlı digər müsəlman liderlərin dəstək olaraq qırmızı xətti daha aydın şəkilə necə ifadə edəcəyini görəcəyik. Bu şəhər, israilli rəsmilərin əksinə olaraq, müsəlmanların əlində bütün ibrahimi inanclar üçün etibarlı şəhər olub”, - Camal bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qüdsün bütün müsəlman dünyası üçün qırmızı xətt rolunu oynadığı fikrini səsləndirmişdi.

 


Вернуться назад