Главная > Aktual > Türkiyədə Kamal Kılıçdaroğlu haqqında təhqiqat başlayıb

Türkiyədə Kamal Kılıçdaroğlu haqqında təhqiqat başlayıb


6-12-2017, 17:45.

                       Türkiyədə Kamal Kılıçdaroğlu haqqında təhqiqat başlayıb

 

Türkiyədə ana müxalifət lideri - Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu haqqında təhqiqata başlanılıb.


APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Ankara Baş Prokurorluğu Türkiyə prezidentinin təhqir edilməsi maddəsi ilə təhqiqata başladığını açıqlayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan K. Kılıçdaroğlunun dekabrın 5-də etdiyi çıxışla bağlı prokurorluğa müraciət edib. O, CHP lideri haqqında cinayət işinin açılmasını istəyib.


Вернуться назад