Главная > GÜNDƏM > Arif Hacılı Hollandiyada Azərbaycan və Türkiyə diasporasının nümayəndələri ilə görüşüb

Arif Hacılı Hollandiyada Azərbaycan və Türkiyə diasporasının nümayəndələri ilə görüşüb


6-12-2017, 21:43.

Arif Hacılı Hollandiyada Azərbaycan və Türkiyə diasporasının nümayəndələri ilə görüşüb

 

Müsavat başqanı Arif Hacılı Hollandiyanın Haaqa şəhərində Azərbaycan-Türk Kültür Dərnəyinin üzvləri ilə görüşüb.

"Azərbaycanın, Türkiyənin problemlərindən danışdıq. Diaspora təşkilatlarının gördüyü və görəcəyi işləri müzakirə etdik”, – Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

"Sonra bu təşkilatın təşəbbüsü ilə Haaqada qurulmuş Xocalı soyqırımı qurbanlarının xatirə abidəsini Kültür Dərnəyi başqanı İlhan Aşkın, dərnək üzvləri və müsavatçılarla birlikdə yad etdik”, – Arif Hacılı bildirib.

Qeyd edək ki, Arif Hacılı və onun xarici siyasət məsələləri üzrə müavini Səxavət Soltanlı ötən həftə Hollandiyada rəsmi səfərdə olublar. Müsavat təmsilçiləri Amsterdamda Avropa Liberal Demokrat İttifaqının növbəti qurultayında iştirak ediblər.(bastainfo)

 

24909882_1847028978659017_6582963216805359752_n24862293_1847028985325683_7254174160864767933_n24301274_1847029035325678_3733611944513819280_n24301440_1847029211992327_1822383365656956895_n24862570_1847028988659016_7288319756674582768_n24909752_1847029058659009_2352298280929561746_n
Вернуться назад