Главная > Ölkə > Əlikram Xurşidovun müdafiə komitəsi toplantı keçirdi-FOTOLAR

Əlikram Xurşidovun müdafiə komitəsi toplantı keçirdi-FOTOLAR


6-12-2017, 20:21.

                    Əlikram Xurşidovun müdafiə komitəsi toplantı keçirdi-FOTOLAR

Bu gün Müsavat Partiyasının qərargahında Müsavat Partiyasının Şirvan təşkilatının sədri Əlikram Xurşidovun hüquqlarının müdafiə komitəsinin ilk iclası keçirilib.

Müdafiə Komitəsinin sədri Gülağa Aslanlı Əlikram Xurşidovun hüquqlarının müdafiəsi istiqamətində vəkil Nemət Kərimlinin və Müsavat Partiyasının gördüyü işlər barədə məlumat verdikdən sonra komitənin ilkin tərkibini açıqlayıb. İlkin siyahıda Gülağa Aslanlı, Osman Kazımlı, Elman Fəttah, Razim Əmiraslanlı, Nemət Kərimli, Fərəc Kərimli, Fəridə Ələsgərova, Mustafa Hacıbəyli, Saday Hacılı, Kəmalə Bəhlulova, Əbülfəz Sadıqbəyli, Tofiq Yaqublu, Hidayət İsmayılov və Xuraman Bağırovanın adları var. Gülağa Aslanlı komitənin tərkibinin açıq olduğunu, Əlikram Xurşidovun müdafiəsində fəal iştirak etmək istəyən hər kəsin bura qəbul oluna biləcəyini qeyd edib.

Yığıncaqda Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, hüququ müdafiəçisi Samir Əsədli, vəkil Osman Kazımlı, müdafiə komitəsinin üzvləri Saday Hacılı, Elman Fəttah və Mustafa Hacıbəyli çıxış ediblər.

Çıxışlarda Əlikram Xurşidovun fəal müxalifətçi mövqeyinə görə siyasi sifarişlə həbs olunduğu vurğulanıb, onun tezliklə azadlığa buraxılması üçün görülməli olan işlər barədə təkliflər irəli sürülüb..

İclasda iştirak edən Əlikram Xurşidovun anası Əntiqə Xurşidova oğlunun fədakar mübarizəsi ilə qürur duyduğunu vurğulayıb.

 


Вернуться назад