Главная > Baş Xəbər > Fələstin liderindən Trampa cavab: Müharibə başladı...

Fələstin liderindən Trampa cavab: Müharibə başladı...


6-12-2017, 23:56.

                        Fələstin liderindən Trampa cavab: Müharibə başladı...

 

Qüds sülh şəhəridir və Fələstinin paytaxtıdır.

Axar.az xəbər verir ki, bu sözləri Fələstin lideri Mahmud Abbas ABŞ Prezidenti Donald Trampın son qərarına münasibət bildirərkən deyib.

"Bu qərara qarşılıq verəcəyik. Fələstindəki bütün qruplar vahid mövqe sərgiləməlidir. Bu, İsrailin mükafatlandırılmasıdır. Bu, radikal qruplaşmalara yardım edəcək. Bunlar dini savaş yaratmaq üçün bəhanə axtarırlar. Beynəlxalq səviyyədə heç bitməyən müharibələr başlayacaq”, - Abbas bildirib.

Qeyd edək ki, az öncə Tramp ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı Dövlət Departamentinə təlimat verib.

 


Вернуться назад