Главная > Ümumi > Dünya Trampa qarşı ayağa qalxdı - "Bu qərar cəhənnəmin qapılarını araladı"

Dünya Trampa qarşı ayağa qalxdı - "Bu qərar cəhənnəmin qapılarını araladı"


7-12-2017, 00:23.

Dünya Trampa qarşı ayağa qalxdı- "Bu qərar cəhənnəmin qapılarını araladı"

ABŞ prezidenti Donald Trampın Qüdsü rəsmi olaraq İsrailin paytaxtı kimi tanıması dünya miqyasında etirazla qarşılanıb.

 

Fələstin prezidenti Mahmud Abbas: Qərarı tanımırıq. Qüds həmişə Fələstinin paytaxtı kimi qalacaq.

 

İranın Ali dini lideri Ayətullah Əli Xamneyi: Çarəsizlik içində Qüdsü İsrailin paytaxtı elan etdilər. Fələstin xalqı zəfər qazanacaq.

 

Fransa prezidenti Emmanuel Makron: Fransa bu qərarı tanımır.

 

Həmas: Qərar cəhənnəmin qapılarını araladı.

 

BMT-nin baş katibi Antoniu Quttereş: İsrail-Fələstin arasında sülh danışıqlarının yenidən başlaması üçün əlimdən gələni edəcəm.

 

Misir: Trampın Qüds qərarını rədd edirik.

 


Вернуться назад