Главная > Ümumi > Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başa çatıb

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başa çatıb


7-12-2017, 00:15.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başa çatıb

 

Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan ilə Vyanada görüşü başa çatıb.


Bu barədə XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün "twitter" səhifəsində yazıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsi müzakirə olunub.

Qeyd edək ki, görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) də iştirak edib.


Вернуться назад