Главная > İdman > "Əfran İsmayılovun meydana çıxması sürpriz oldu" - Di Françesko

"Əfran İsmayılovun meydana çıxması sürpriz oldu" - Di Françesko


8-12-2017, 15:28.

"Əfran İsmayılovun meydana çıxması sürpriz oldu" - Di Françesko

 

"Rəqibin bacarığı vacibdir. Uşaqlar nə ilə qarşılaşacaqlarını yaxşı bilməlidilər. Məsələn, "Qarabağ"la ikinci oyunda rəqibin start heyətində sürpriz şəkildə Əfran İsmayılov yer almışdı. Videotəhlilçimiz Simone Bekkassioli həmin cinahda çıxış edən müdafiəçimiz Aleksandr Kolarova həmin oyunçu barədə məlumat verdi".

Qol.az-ın məlumatına görə, bu sözləri "Roma"nın baş məşqçisi Eysebio Di Françesko klubun saytına müsahibəsində deyib.

O bildirib ki, futbolçular qarşılarına kimin çıxdığını bilməlidilər: "Ancaq bu, oyun sistemimizi dəyişmir. Bizim nə etdiyimiz daha vacibdir, düşüncəmizi heç nə dəyişməməlidir. Sadəcə, fikir mübadiləsi aparırsan. Biz də Kolarova "Əfranı izləmək istəyirsən” sualını verdikdə o, təkcə "bəli” demədi, rəqibi bizim göstərdiyimizdən daha çox araşdırıb, izlədi”.

Qeyd edək ki, "Roma" Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"a 1:0 hesabı ilə qalib gəlib.

 


Вернуться назад