Главная > Aktual > Fələstində hərbçilərlə etiraz aksiyaçıları arasında toqquşmada yaralananların sayı 233 nəfərə çatıb

Fələstində hərbçilərlə etiraz aksiyaçıları arasında toqquşmada yaralananların sayı 233 nəfərə çatıb


8-12-2017, 17:34.

Fələstində hərbçilərlə etiraz aksiyaçıları arasında toqquşmada yaralananların sayı 233 nəfərə çatıb

 

Fələstində Qüdsün, İordan çayının qərb sahilinin və Qəzza zolağının sərhədyanı rayonlarında cümə namazından sonra keçirilən etiraz aksiyasına hərbçilərin müdaxiləsi nəticəsində yaralananların sayı 233 nəfərə çatıb.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Fələstin həkimləri bildiriblər.

İsrail hərbçilərinin hesablamasına əsasən, İordan çayının qərb sahilində keçirilən etiraz aksiyasında 3 min nəfər, Qəzza zolağının sərhəd rayonunda isə bir neçə yüz nəfər iştirak edib.

Məlumata görə,İordan çayının qərb sahili və Qüdsdə 217 nəfər, Qəzza zolağında isə 16 nəfər yaralanıb.

****

İordan çayının Qərb sahilində və Qəzza bölgəsində ABŞ-ın Qüdsü İsrailin paytaxt kimi tanıması qərarına etiraz olaraq keçirilən aksiyalarda 100-dən çox adam yaralanıb.

Trend-in məlumatına görə, bu gün cümə namazından sonra Fələstinin bir neçə şəhərində etiraz aksiyaları başlayıb.

Qeyd olunur ki, aksiyalar polis qüvvələri ilə toqquşmaya çevrilib.

Toqquşmalar zamanı Qərb sahilində 95, Qəzza bölgəsində 15 nəfər yaralanıb.

Bölgədə etiraz aksiyaları davam edir.

 


Вернуться назад