Главная > Dünya > Saakaşvili Kiyevdə həbs olundu - Foto

Saakaşvili Kiyevdə həbs olundu - Foto


9-12-2017, 01:18.

                              Saakaşvili Kiyevdə həbs olundu - Foto

 

Dekabrın 8-dən 9-a keçən gecə, təxminən saat 12 radələridə Ukrayna xüsusi xidmət orqanları Gürcüstanın sabiq prezidenti, Odessanın(Ukrayna) keçmiş qubernatoru Mixail Saakaşvilini həbs edib.

 

Musavat.com-un məlumatına görə, bu barədə Saakaşvilinin tərəfdarı, Azərbaycanın Ukraynadakı diaspor liderlərindən olan Hukmət Cavadov facebook səhifəsində məlumat yayıb. O bildirib ki, hazırda Saakaşvilinin tərəfdarları onun saxlanıldığı idarəyə doğru yürüş edirlər.

Qeyd edək ki, Saakaşvilinin liderliyi ilə 3 gün öncə Ukrayna prezidenti Poroşenkonun impiçment edilməsi ilə bağlı Kiyevdə davamlı aksiyalar başlayıb.e21fff0e-30d7-4ea7-9cab-98137c58fd30.jpg (76 KB)

 


Вернуться назад