Главная > Mədəniyyət > “Baharın on yeddi anı” teleserialının "Müller"i vəfat etdi

“Baharın on yeddi anı” teleserialının "Müller"i vəfat etdi


9-12-2017, 14:29.

                      "Baharın on yeddi anı” teleserialının "Müller"i vəfat etdi

 

Məşhur rusiyalı aktyor, SSRİ xalq artisti Leonid Bronevoy 89 yaşında ağır xəstəlikdən vəfat edib.

Trend xəbər verir ki, bu barədə onun son illərdə çalışdığı "Lenkom" teatrının rəhbərliyi məlumat yayıb.

1928-ci ilin dekabrında anadan olmuş L.Bronevoy 50-dən çox filmdə və çoxlu sayda teatr tamaşalarında rol alıb.

"Baharın 17 anı” çoxseriyalı filmindəki Müller rolu ona məşhurluq gətirib. Bundan başqa, aktyor "Həmin Münhauzen”, "Sevginin formulu” və digər filmlərdə oynayıb

 


Вернуться назад