Главная > Araşdırma > BMT dünyada rüşvət və korrupsiyanın miqyasını açıqladı: 3,6 TRİLYON DOLLAR

BMT dünyada rüşvət və korrupsiyanın miqyasını açıqladı: 3,6 TRİLYON DOLLAR


11-12-2017, 21:37.

           BMT dünyada rüşvət və korrupsiyanın miqyasını açıqladı: 3,6 TRİLYON DOLLAR

 

Rüşvətin dünyada illik məbləği təqribən trilyon dollar təşkil edir. Hər il dünya iqtisadiyyatının korrupsiyaya görə itiridiyi vəsaitin ümumi məbləği isə 2,6 trilyon dollar təşkil edir. Bu haqda BMT-nin xəbər mərkəzi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, inkişaf etməkdə olan dövlətlərdə korrupsiya itkiləri inkişafa ayrılan vəsaitdən 10 dəfə çox olur.

BMT-nin inkişaf proqramları üzrə departament rəhbəri Patrik Keulers deyib ki, bu pullar səhiyyəyə, yaxud təhsilə yönləndirilsəydi, 4 milyon uşağın həyatını xilas etmək, Afrikada hər bir uşağın məktəbdə oxumasını təmin etmək olardı.

Qeyd edək ki, noyabr ayında araşdırmaçı-jirnalistlərin beynəlxalq konsorsiumu(ICIJ) "Cənnət sənədləri” kimi tanınan korrupsiya dosyesini dərc edib. Sənədlərdə bir sıra məşhur siyasətçilərin və biznesmənlərin ofşor hesabları və bank köçürmələri öz əksini tapır. Ötən il isəICIJ "Panama sənədləri” kimi tarixə düşən arxivi dərc etmişdi.

Bu hesabatlarda ofşor hesabları ifşa olunan tanınmış şəxslərsırasında Azərbaycan prezidenti İlham Əliyev və onun ailə üzvlərinin də adı keçir.

 

Mustafa Hacıbəyli

Bastainfo.com

 


Вернуться назад