Главная > GÜNDƏM > Mixail Saakaşvili azadlığa buraxılıb

Mixail Saakaşvili azadlığa buraxılıb


11-12-2017, 21:28.

                       Mixail Saakaşvili azadlığa buraxılıb

 

Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Kiyevin Peçerski Rayon Məhkəməsində çıxış edib.

Axar.az xəbər verir ki, bu barədə "Ukrainskaya Pravda” məlumat yayıb.

Saakaşvili çıxışı zamanı özünü hərbi əsir hesab etdiyini bildirib:

"Mən özümü saxlanılan şəxs yox, hərbi əsir hesab edirəm”.

Məni həbsxanaya göndərsələr, aclıq aksiyasını davam etdirəcəyəm.

Bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili məhkəmədə söyləyib.

"Mən qorxmuram. Mən prezidentin necə işlədiyini göstərmişəm və necə öldüyünü də göstərəcəyəm. Əgər onlar məni həbsxanaya qaytarsalar, sona qədər ac qalacağam. Hər kəs biləcək ki, bu qətli kim törədib. Məni öldürə bilərlər, amma Ukrayna xalqının azadlıq hissini heç vaxt öldürə bilməyəcəklər”, – deyə o bildirib.

Məhkəmə heyəti növbəti dəfə müşavirəyə gedib.

Hakimin qərarı ilə Mixail Saakaşvili məhkəmə zalından sərbəst buraxıldı.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qərarı bazar ertəsi istintaq hakimi Larisa Sokol açıqlayıb.

 


Вернуться назад