Suyun üzərində necə qalmasının sirri açıldı-
FOTOLARİlluziyaçı Stiven Fraynenin İngiltərə Parlamentinin
qarşısındakı Temza çayının üzərində necə dayanmasının sirri açılıb.
Xarici media xəbər verir ki, uzun müddətdir onun bu şounu necə bacarması
insanların diqqət mərkəzində idi. Hətta sosial şəbəkələrdə Stivenin möcüzə nəticəsində
suyun üzərində qala bildiyi iddia edilirdi. Üstəlik, göstərişin sonunda polis
qayıqla Stiveni suyun üzərindən götürərək sahilə qayıdır. Bütün bunlar isə
qabaqcadan hazırlanmış nümayişin bir parçası imiş.
Belə ki, Stiven əvvəlcədən bir neçə dalğıcla razılaşaraq Temza çayının
qaranlıq sularında özünə şəffaf, plastik keçid hazırladıb. Batmamaq üçün xüsusi
libas belə geyinib. Bütün bu qabaqlayıcı tədbirlər insanları şouya inandırmaq məqsədi
daşıyıb.//axsam.az
Вернуться назад
|