Главная > Səhiyyə > Diqqət: dırnaq boyalarında təhlükəli maddə aşkarlandı

Diqqət: dırnaq boyalarında təhlükəli maddə aşkarlandı


3-01-2018, 09:06.

                  Diqqət: dırnaq boyalarında təhlükəli maddə aşkarlandı

 

ABŞ-ın Dyuk Universitetinin professorları qadınların çox sevdiyi kosmetik vasitələrdən olan dırnaq boyası haqqında araşdırma aparıblar.

Axar.az xəbər verir ki, 3 min dırnaq boyası arasında aparılan araşdırma zamanı məhsulların yarısından çoxunda trifenil fosfat aşkarlanıb. Maddə hormon sisteminin tarazlığını pozmaqla yanaşı yağ toplanmasına mənfi təsir göstərir və çəki artımına səbəb olur.

Ekspertlər plastik və mebellər üzərində istifadə olunan trifenil fosfatın dırnaq boyalarına davamlılığın və elastikliyin artırılması üçün əlavə edildiyini düşünürlər. Araşdırmaçılar həmçinin sözügedən məhsullardan istifadə edən şəxslər üzrəində sidik analizi aparıb. Analizin nəticələrinə görə, trofenil fosfat bir müddət sonra qana qarışır və insan sağlamlığı üçün ciddi təhlükə törədir.

 


Вернуться назад