Главная > Ümumi > ABŞ keçmiş naziri qara siyahıya saldı

ABŞ keçmiş naziri qara siyahıya saldı


10-01-2018, 20:28.

                      ABŞ keçmiş naziri qara siyahıya saldı

 

Argentinanın keçmiş Xarici İşlər naziri Ektor Timermanın ABŞ-a girişi qadağan edilib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Argentina mətbuatı yayıb. Mətbuat keçmiş nazirin ABŞ-a xərçəng xəstəliyindən müalicə olunmaq üçün getmək istədiyini bildirib.

Qeyd edək ki, Argentina bundan öncə Timermanı ev dustaqlığına məhkum etmişdi. Buna səbəb isə Timermana qarşı 1994-cü ildə Buenos-Ayres teraktının araşdırılmasına maneə yaratması haqqında ittihamların irəli sürülməsi olub. Timermanla bərabər Argentinanın eks-prezidenti Kristine Fernandes de Kirşnerə qarşı da bu ittihamlar irəli sürülüb və o, vətənə xəyanətdə ittiham edilib.

 


Вернуться назад