Главная > İdman > "Real Madrid" rəhbərliyi Yoahim Lövlə danışıqlara başlayıb

"Real Madrid" rəhbərliyi Yoahim Lövlə danışıqlara başlayıb


11-01-2018, 08:20.

                   "Real Madrid" rəhbərliyi Yoahim Lövlə danışıqlara başlayıb

 

İspaniyanın "Real" klubu yeni baş məşqçinin axtarışlarına başlayıb.

"Report" "Soy Madridista" nəşrinə istinadən xəbər verir ki, bu posta əsas namizəd, hələ ki, Almaniya yığma komandasının baş məşqçisi Yoahim Lövdür.

Madrid klubunun rəhbərliyi artıq onunla danışıqlara başlayıb.

Nəşr iddia edir ki, "Real"ın prezidenti Florentino Peres Zinəddin Zidanın vəzifəsindən kənarlaşdırılması barədə artıq qərar qəbul edib və komandanın bu mövsüm necə çıxış etməsindən asılı olmayaraq, bu qərar dəyişməyəcək.

 


Вернуться назад