Главная > Araşdırma > “WikiLeaks”in rəhbəri Assanc yenə həbs təhlükəsi ilə üzləşib

“WikiLeaks”in rəhbəri Assanc yenə həbs təhlükəsi ilə üzləşib


11-01-2018, 10:15.

                         "WikiLeaks”in rəhbəri Assanc yenə həbs təhlükəsi ilə üzləşib

 

 

Ekvador "WikiLeaks”in təsisçisini səfirliyin binasından çıxarmaq istəyir

Ekvador "WikiLeaks”in təsisçisi Culian Assancı ölkəsinin Londondakı səfirliyindən qovmaq niyyətindədir. "Yeni Müsavat” ntv.ru-ya istinadən xəbər verir ki, Assanc Ekvador prezidenti Lenin Morenonu onun müttəfiqləri barədə yazdığı tvitlərlə qəzəbləndirib. Daha öncə isə məlum olmuşdu ki, assanc ekvator prezidentindən onu haker adlandırdığı üçün inciyib. Wikileaks portalının baş redaktoru bu cür xarakteristika ilə razılaşmayıb və özünün jurnalist olduğunu xüsusi vurğulayıb. hazırda ölkə Assancın səfirliyin binasından çıxarılması ilə bağlı böyük britaniya ilə danışıqlar aparmaq üçün vasitəçi axtarır.

"Yeni Müsavat” xatırladır ki, Vikileaks veb saytının yaradıcısı 2010-cu ildə iki qadına qarşı seksual zorakılıq əməlinə görə ittiham edilib. O, özü bu ittihamı rədd edir.

2014-cü ilin noyabrında isə C.Assancın qiyabi şəkildə apelyasiya məhkəməsi baş tutmuşdu. Assanc Amerika hökumətinə məxsus məxfi sənədləri ifşa etməkdə və İsveçdə cinsi zorakılıq törətməkdə ittiham olunur. Assancın vəkili onun həbsinə dair qərarın ləğv edilməsi üçün apelyasiya məhkəməsinə müraciət etmişdi.

Assanc ile ilgili görsel sonucu

 

İsveçdə keçirilən məhkəmə Assanc üçün uğursuz nəticə vermiş, hakimlər həbs qərarını ləğv etməmişdilər. Assanc hazırda 2012-ci ilin iyun ayından etibarən Böyük Britaniyanın paytaxtı Londonda Ekvadorun bu ölkədəki səfirliyində siyasi sığınacaq əldə edib. O, 2006-cı ildə Amerika hərbi qüvvələrinin İraqda keçirdiyi qanunsuz əməliyyatları ifşa etmiş, helikopterlə keçirilən əməliyyatlardan biri zamanı 18 mülki vətəndaşın güllələnərək öldürüldüyünü nümayiş etdirmişdi. Culian Assanc ona məxsus gizli teletaypları açıqladığı üçün Amerika Birləşmiş Ştatlarının qəzəbinə gəlib. Məlumatın mediaya sızması Amerika hökumətinin imicinə ağır zərbələrdən biri hesab edilir.

Amma bura qədər yazdıqlarımız onun gerçək kimliyini üzə çıxarmır. Dünyanı lərzəyə gətirən adamın özü qədər ilginc bir hekayəsi var.

Assanc ile ilgili görsel sonucu

Assanc 1971-ci ildə Avstraliyada anadan olub. Uşaqlıqda riyazi istedadı ilə seçilirdi. Ancaq bu ona həm də çətinliklər yaradıb. 24 yaşında kompüter quldurluğuna görə məhkəməyə çıxarılıb, bir neçə min dollar cərimə ilə həbsxanadan qurtula bilib.

Sonra 3 il Suelette Dreyfusla internet araşdırmaları aparıb, onların bestsellerə çevrilən birgə kitabı da çıxıb. Dreyfus deyir ki, Assancı həmişə mənəviyyat, ədalət və hökumət nə edə bilər, nə edə bilməz sualları maraqlandırırdı. Assanc daha sonra Melburn Universitetində riyaziyyatdan və fizikadan kurslar aparıb. Yerli riyazi cəmiyyətin sevimlisi olub.

Assanc Wikileaksə 2006-cı ildə başlayıb. O, müxtəlif ölkələrin məxfi hökumət sənədlərini çap edirdi. Həmtəsisçi Daniel Şmidt deyir:"Assanc dünyada həqiqi islahat etmək istəyən çox az adamdan biridir”.

"New Yorker” jurnalının reportyoru Raffi Xatçaduryan bir neçə həftə Assancı müşayiət edib. O deyir ki, Assanc yemədən, çox az yatmaqla uzun müddət işləyə bilir. Assancın öz ətrafında yaratdığı bu işgüzar atmosfer hamını ona kömək etməyə sövq edir. Reportyorun fikrincə, Assancın iki üstünlüyü var- xarizma və ətrafında yaratdığı bu mühit.

 

Assanc 2011-ci ildə 240 min funt sterlinq zəmanət qarşılığında Londonda ev dustağı həyatı yaşayıb. Onun pasportu əlindən alınıb, yaşadığı evdən belə çıxmasına qadağa qoyulub. O, hər gün London polisinə hesabat verməli və elektron qolbaq taxmalıdır.

"Wikileaks” saytında yüz minlərlə qalmaqallı sənəd dərc edildikdən sonra məşhurlaşan Culian Assanc 2007-ci il dekabrın 7-də Londonda İsveç tərəfindən verilmiş order əsasında həbs edilib. Dekabrın 16-da London məhkəməsi onu girov müqabilində azadlığa buraxıb. O vaxtdan qalmaqallı saytın yaradıcısı Londonun şərqində biznesmen dostu Von Smitin evində faktiki ev dustaqlığında yaşayıb. Stokholm prokurorluğu onun İsveçdə seksual xarakterli cinayətlərlə bağlı dindirilməsi üçün bu ölkəyə verilməsini tələb edir. Culian Assanc isə 2012-ci ildə Ekvadorun Londondakı səfirliyinə gedərək, Latın Amerikası ölkəsindən siyasi sığınacaq istəyib.

Sevinc TELMANQIZI, musavat.com

 


Вернуться назад