Главная > Kriminal > Məşhur mafiya lideri həbs edildi

Məşhur mafiya lideri həbs edildi


11-01-2018, 12:47.

                                  Məşhur mafiya lideri həbs edildi

 

Yamaquti-qumi yapon mafiyasının keçmiş rəhbəri Sinexaru Sirai Tailandda həbs edilib.

Axar.az xəbər verir ki, 74 yaşlı Siraini İnterpol ələ keçirib. Sirai 2003-cü ildən qətlə görə beynəlxalq axtarışda olub. İnterpol mafiya liderini Feysbukdakı viruslu fotoları sayəsində ələ keçirə bildiyini açıqlayıb.

Qeyd edək ki, Yamaquti-qumi yapon mafiyasının ən güclü qruplaşması sayılır. Onun aktiv üzvlərinin sayının 220 min nəfər hesab olunur. Qruplaşmanın özəyi Yaponiyada yerləşsə də, əsas fəaliyyətlərini Asiya və ABŞ-da aparırlar. Yamaquti-qumi hər il milyardlarla dollar gəlir əldə edir. Qruplaşma daxilində 2015-ci ildə parçalanma yaşanıb.

 


Вернуться назад