Главная > GÜNDƏM > ATƏT-in yeni sədri yenə Qarabağdan danışdı

ATƏT-in yeni sədri yenə Qarabağdan danışdı


11-01-2018, 15:07.

                           ATƏT-in yeni sədri yenə Qarabağdan danışdı

 "İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qətiyyətli həlli üçün ATƏT-in Minsk qrupunun işini dəstəkləməyə davam edəcək”.

Virtualaz.org-un məlumatına görə, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Angelino Alfano ATƏT Daimi Şurasında ölkəsinin prioritetlərini açıqlayarkən deyib.

"Diqqətimiz bütün həll olunmamış münaqişələrə yönələcək", - ATƏT-in fəaliyyətdə olan sədri vurğulayıb.

O qeyd edib ki, 2018-ci ildə ATƏT-ə sədrlik çərçivəsində İtaliya təşkilata daxil olan ölkələr arasında dialoqun intensivləşdirilməsini nəzərdə tutur və bu, əsas prinsiplərdən biridir.

Xatırladaq ki, İtaliya ATƏT-ə bu il yanvarın 1-dən sədrlik edir.

 


Вернуться назад