Главная > Baş Xəbər > Türkiyə müsəlman ölkələrinə çağırış etdi

Türkiyə müsəlman ölkələrinə çağırış etdi


11-01-2018, 19:36.

                          Türkiyə müsəlman ölkələrinə çağırış etdi

 

ABŞ-ın sözügedən təhdidləri işə yarasa, rəsmi Vaşinqton BMT-dəki səsvermələr zamanı bu qədər əzici məğlubiyyətlə qarşılaşmazdı.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Anadolu” agentliyinin suallarını cavablandırarkən deyib.

"Deyək ki, ABŞ Fələstinə yardımları dayandırdı. Bəs biz nə üçün varıq? Ümid edirəm, digər müsəlman ölkələri də eyni həssaslığı nümayiş etdirəcək, Qüds səsverməsi zamanı təzyiqdən qurtulmaq üçün tətilə gedən ölkələrin səfirləri isə bundan sonra Qüds, Fələstin və Qəzza barəsində daha həssas olacaqlar. Biz humanitar yardım və inkişaf layihələri zamanı da Fələstini heç bir zaman tək qoymadıq, siyasi cəhətdən də yalnız buraxmayacağıq”, - Çavuşoğlu deyib.

 


Вернуться назад