Главная > GÜNDƏM > Əhməd Ağaoğlunun nəvəsinin dəfn mərasimi oldu - Foto

Əhməd Ağaoğlunun nəvəsinin dəfn mərasimi oldu - Foto


11-01-2018, 20:39.

                     Əhməd Ağaoğlunun nəvəsinin dəfn mərasimi oldu - Foto

 

Yanvarın 11-də İstanbul şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan, görkəmli dövlət və siyasi xadimi Əhməd Ağaoğlunun nəvəsi Tektaş Ağaoğlunun dəfn mərasimi keçirilib.

Kult.az xəbər verir ki, dəfn mərasimində Azərbaycanın İstanbuldakı baş konsulluğunun əməkdaşları, QHT və KİV təmsilçiləri, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının Türkiyədə yaşayan qohumları və mərhuma yaxın olan digər şəxslər iştirak ediblər.

Mərhumun cənazəsi Fəriköy məzarlığında dəfn olunub.

Qeyd edək ki, böyük fikir və düşüncə adamı olan Tektaş Ağaoğlu Türkiyədə yazıçı-publisist və tərcüməçi kimi tanınıb.

Mərhumun oğlu Əhməd Ağaoğlu dəfində iştirak edən hər kəsə minnətdarlığını ifadə edərək bildirib ki, göstərilən bu isti münasibət Azərbaycan Xalq Cümhuriyyəti qurucularının şəcərəsinə olan ehtiramdır.

 


Вернуться назад