Главная > Ölkə > Avropa Komissiyasının vitse-prezidenti Bakıya gələcək
Avropa Komissiyasının vitse-prezidenti Bakıya gələcək11-01-2018, 19:45. |
Avropa Komissiyasının vitse-prezidenti Bakıya gələcək
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə Avropa Komissiyasından məlumat verilib. M.Şefçoviç fevralın 15-də Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 4-cü iclasında iştirak edəcək. Xatırladaq ki, "Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı isə ötən il fevralın 23-də keçirilib.
Вернуться назад |