Главная > Aktual > Etirazçılar İrəvanda yolu bağlamağa cəhd etdilər

Etirazçılar İrəvanda yolu bağlamağa cəhd etdilər


11-01-2018, 18:57.

                      Etirazçılar İrəvanda yolu bağlamağa cəhd etdilər

 

25 gün əvvəl aclıq elan etmiş "Sasna Tsrer” qrupunun üzvləri Armen Bilyanın və Smbat Barsegyanın tərəfdarları bu gün, yanvarın 11-də Ermənistan ombudsmanının ofisinin qarşısında etiraz aksiyası keçiriblər.

Virtualaz.org "Ermənistan Xəbərləri”nə istinadən bildirir ki, mənbəyə əsasən, nümayişçilər insan hüquqları müdafiəçisi ofisinin əməkdaşları ilə görüşüblər və bundan sonra Maştots prospekti istiqamətində irəliləyiblər. Bu prospektin Puşkin küçəsi ilə kəsişməsinə çataraq onlar yolu bağlamağa cəhd ediblər, lakin polis əməkdaşları etirazçıları küçənin hərəkət hissəsindən uzaqlaşdıra biliblər.

Erməni nəşri xatırladır ki, Armen Bilyan və Smbat Barsegyan dekabrın 19-da aclıq elan ediblər. Onlar "Nubaraşen” cinayət-icra müəssisəsindən "Armavir” həbsxanasına köçürülmələrini tələb edirlər.

 


Вернуться назад