Главная > Cəmiyyət > Sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılacaq

Sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılacaq


12-01-2018, 13:30.

                 Sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılacaq

 

"Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsində mənbə dildə sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılması təklif olunur.

"Report” xəbər verir ki, yeni qaydalar təsdiq olunarsa, hüsnxət, kiloqram, kilovat, metal, mühüm, rəsmxət, sərhəd və s. yazılacaq.

Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılacaq: fənn, haqq, hiss, xətt, küll, rədd, sirr, vatt, zənn, zidd və s.

Belə sözlərə samitlə başlanan şəkilçi artırdıqda onların kökündəki qoşa samitlərdən biri düşür: fənn – fənlər, haqq – haqsız, xətt – xətdən, sirr – sirlər və s.

 



Вернуться назад