Главная > Müsahibə > “Azərbaycan höküməti üçün jurnalistləri azad edib, cəmiyyəti dialoqa cəlb etməyin vaxtı çatıb” – Müsahibə

“Azərbaycan höküməti üçün jurnalistləri azad edib, cəmiyyəti dialoqa cəlb etməyin vaxtı çatıb” – Müsahibə


12-01-2018, 22:56.

"Azərbaycan höküməti üçün jurnalistləri azad edib, cəmiyyəti dialoqa cəlb etməyin vaxtı çatıb” – Müsahibə

 

ATƏT-in Media Azadlıqları üzrə nümayəndəsi Harlem Dezir Amerikanın Səsinə verdiyi müsahibədə Azərbaycandakı medianın hazırkı durumu və qarşıdan gələn prezident seçkiləri zamanı azad medianın əhəmiyyəti haqqında danışıb

Amerikanın Səsi:Azərbaycan höküməti ölkədə mətbuatın azad olduğunu bəyan edir və heç bir jurnalistin peşə fəaliyyətinə görə həbs olunmadığını bildirir. Lakin hazırda bir neçə jurnalist və bloqqer müxtəlif ittihamlarla həbsdədir. Vəziyyətlə bağlı siz özünüz də Azərbaycan hökümətinə müraciət etmisiniz. Ümumiyyətlə, Azərbaycandakı mətbuatın durumunu necə qiymətləndirərdiniz? Sizcə əvvəlki illərlə müqayisədə hansı dəyişikliklər var?

Harlem Dezir:ATƏT-in Media Azadlığı üzrə nümayəndəliyinin mandatına uyğun olaraq mən və mənim sələflərim quruma üzv olan digər ölkələrə etdiyimiz kimi Azərbaycan rəsmiləri qarşısında da qurumun media azadlığı ilə bağlı öhdəliklərini yerinə yetirməməsi məsələsini gündəmə gətirmişik.

Azərbaycandakı media azadlığının mövcud vəziyyəti ciddi narahatlıq doğurur.

Bu məsələlərə media qurumlarının fəaliyyətinin qarşısının alınması, media işçilərinin işgəncələrə məruz qalması, hüquq müdafiəçilərinin həbs edilməsi, habelə onları təqib edənlərin cəzasız qalması məsələri daxildir.

Son iki ildə həbsdə olan bir sıra jurnalistlər və hüquq müdafiəçiləri azadlığa buraxılıb. Lakin hazırda ən azı yeddi media işçisi həbsdədir. Bundan əlavə Tbilisidə oğurlanmış və saxta ittihamlarla uzun müddətdir həbsdə saxlanılan Əfqan Muxtarlı kimi bəzi jurnalistlərin məhkəmə prosesi davam edir.

Mənim üçün ölkədəki jurnalistlərin təhlükəsizliyi ciddi narahatlıq doğuran məsələlərdəndir. Tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılova davamlı olaraq basqılara məruz qalır. 2015-ci ildə onun ədalətsiz həbsi ilə yanaşı hazırda o peşəkar jurnalist fəlaiyyətinə ciddi maneə törədən səyahət qadağası ilə üzləşir.

 

Mayın 29-da azərbaycanlı jurnalist Əfqan Muxtarlı Tbilisidə oğurlanaraq Azərbaycana gətirilib.

2005-ci ildə qətlə yetirilmiş "Monitor” müstəqil həftəlik xəbər məcmuəsinin qurucusu və redaktoru Elmar Hüseynov, eləcə də 2011-ci ildə bıçaqlanaraq öldürülmüş yazıçı Rafiq Tağının təqsirkarları hələ də həbs edilməyib. Mən hər zaman iştirakçı ölkələrə xatıladıram ki, həmin cinayətlərin bütün günahkarları və iştirakçıları ədalətə təslim edilməlidir.

2005-ci ildə qətlə yetirilmiş "Monitor” müstəqil həftəlik xəbər məcmuəsinin qurucusu və redaktoru Elmar Hüseynov, eləcə də 2011-ci ildə bıçaqlanaraq öldürülmüş yazıçı Rafiq Tağının təqsirkarları hələ də həbs edilməyib.

Həmçinin ofisim jurnalistlərin təhqir və böhtana məruz qalmaqları və davamlı olaraq artan cinayət ittihamlarının jurnalistlərin fəaliyyətinə mənfi təsirini dəfələrlə qeyd edib. Azərbaycan rəsmiləri bu müddəaları dekriminallaşdırmağa uzun müddətdir söz versə də, bunu yerinə yetirmir.

Bu yaxınlarda hökümət müxtəlif vebsaytların bloklanmasına imkan verən qanun layihəsini qəbul etdi. Bu qanun sayəsində ilk öncə Azadlıq qəzetinin, Azadlıq Radiosunun Azərbaycan şöbəsinin, Azərbaycan Saatı, Meydan TV və Turan TV kimi xəbər saytlarının bloklanlanmasının şahidi olduq. Mən bu məsələni hökümət rəsmiləri qarşısında qaldıraraq saytın qapanışı kimi ekstremal ölçüyə yalnız aydın, dəqiq və qərəzsiz beynəlxalq meyarlara uyğun şəkildə bəraət qazandırıla bilməsi haqda danışdım.

Azərbaycan höküməti üçün jurnalistləri azad edib, cəmiyyəti dialoqa cəlb etməyi vaxtı çatıb.

Dövlətin və cəmiyyətin təhlükəsizliyinə qarşı olan təhdidlərə qarşı mübarizə aparmaq vacib məsələdir. Lakin bununla əlaqədar qoyulan məhdudiyyətlər ifadə və mətbuat azadlığının da daxil olduğu vacib hüquqlara zidd ola bilməz.

Hesab edirəm ki, artıq Azərbaycan hakimiyyəti üçün beynəlxalq təşkilatların xəbərdarlıqlarına əməl edib, bütün həbsdə olan jurnalistlərin azad edərək vətəndaş cəmiyyətini dialoqa cəlb etməyin vaxtı çatıb. Hər zaman olduğu kimi mənim təşkilatım media azadlığı və jurnalistlərin təhlükəsizlik durumunun yaxşılaşdırılması istiqamətində Azərbaycana kömək etməyə hazırdır.

Amerikanın Səsi:ATƏT jurnalistlərin təhlükəsizliyini təmin etmək, təqiblərin qarşısını almaq istiqamətində əlavə hansı addımlar ata bilər?

Harlem Dezir:1997-ci ildə ATƏT-in Mətbuat Azadlığı Nümayəndəliyinin təsisindən sonra əsas diqqət mərkəzində yer alan məsələ jurnalistlər olub. Bu qurum hər gün ATƏT-ə üzv 57 ölkədə mətbuat azadlığının durumunu nəzərdən keçirir. Mən mətbuata tətbiq edilən bir sıra maneələri, habelə media nümayəndələri üçün iş mühitinin yararsız olması kimi problemlərə diqqət çəkmişəm.

Bütün fəaliyyətimiz jurnalistlərin təhlükəsizliyi və onlara qarşı törədilən cinayətlərin cəsasız qalmaması məqsədinə xidmət edir.

Mənim ofisim üzv ölkələri yardım və tövsiyələrlə təmin edir. Biz hazırkı dövrdə jurnalistlərə qarşı cinayətlərin araşdırılmaması, jurnalistlərin həbs edilməsi və onlara qarşı edilən hücumlar, həmçinin ifadə azadlığına olan repressiyalara bəraət qazandıran qanun dəyişikliyi kimi bir sıra çətinliklərlə üz-üzəyik.

Mən və mənim sələflərim jurnalistlərin təhlükəsizliyi məsələsinə beynəlxalq diqqəti cəlb etmək üçün bir sıra tədbirlər təşkil etmişik. Konkret bir məsələ olmasından asılı olmayaraq, bütün tədbirlərimiz eyni məqsədə xidmət edir: Jurnalistlərin təhlükəsizliyi və onlara qarşı törədilən cinayətlərin cəsasız qalmaması.

Hökumətlərin dəyişiklər edilməsi və təhlükəsiz iş mühiti yaradılmasındakı rolu vacibdir. Siyasətçilərin media azadlığının müdafiəsi sahəsindəki öhdəliklərinə əməl etməsi vəziyyətin dəyişməsinə xidmət edə bilər.

Amerikanın Səsi:Yerli KİV-lər və jurnalistlər onların təhlükəsizlik və azadlığına olan təhlükələrə qarşı necə hərəkət etməlidir. Onlara hansı məsləhətləriniz var?

Harlem Dezir:Ofisimiz jurnalistlərin təhlükəsizliyi sahəsində uzun müddət işləyib. Mən vətəndaş cəmiyyəti və media təşkilatları ilə birlikdə jurnalistlərə qarşı meydana çıxan onlayn və offlayn təhlükələrə cavab vermək istiqamətində sivil cəmiyyət təşkilatları ilə iş aparıram. Mənim vəzifəm quruma üzv ölkələrin öhdəlikləri və onların əməllərində olan boşluqlar arasında körpü yaratmaqdan ibarətdir. Mən əsas diqqətimi üzv ölkələrin məsuliyyətinə cəlb etmişəm.

Redaktorlar və jurnalistlərin özlərinin işin öhdəsindən necə gəlməsinə gəldikdə, mən peşəkar həmrəyliyin mühüm amil olduğunu hesab edirəm. Məsələn, ATƏT-ə üzv ölkənin hansısa jurnalisti təhdid qarşısındadırsa, redaktorlar ofisi təhdidləri ciddi qəbul etməli və bu təhdidlərlə bağlı polisə müraciət etməlidir. Həmçinin bizim ofisə də müraciət etməkdən çəkinməməlidirlər.

Seçki zamanı mətbuatın ədalətli, obyektiv və balanslı bir şəkildə fəaliyyət göstərməsi çox vacibdir.

Amerikanın Səsi:Belə görünür ki, hökümət 2018-ci il prezident seçkilərinə azad media və namizədlərin kütləvi informasiya vasitələrinə çıxışının olmadığı bir mühitdə gedir. Belə bir vəziyyətdə azad və ədalətli seçki keçirilməsi mümkündürmü?

Harlem Dezir:Hər hansı bir demokratik proses üçün ifadə və media azadlığı vacibdir. Seçki zamanı ictimaiyyət arasında məlumat axınını təmin etmək üçün mətbuatın ədalətli, obyektiv və balanslı bir şəkildə fəaliyyət göstərməsi əhəmiyyətlidir. Media ictimai müzakirələrin təşkil edərək vətəndaşları namizədlər və partiyaların seçki platformaları haqda maarifləndirərək seçicilərə məlumatlı qərar vermək üçün imkan yaradır.

Hökümətin ictimai və ya özəl media qurumlarına nəzarəti və ya onlarla sıx münasibətləri seçki kampaniyaları zamanı bütün fikir və siyasi prespektivlərin səsləndiriləcəyinə şübhə yaradır. Bu da ictimai media yayımı üçün müstəqil idarəetmənin təmin edilməsinin zəruriliyini göstərən bir vəziyyətdir

Hökümət ATƏT-in öhdəliklərinə zidd olan, ifadə azadlığını məhdudlaşdıran qanunları ləğv etməlidir.

ATƏT-ə üzv olan hər bir dövlət kimi, Azərbaycan da plüralist media sektorunun inkişaf edə biləcəyi mühit yaratmaq üçün bir sıra tədbirlər həyata keçirməli və müntəzəm qaydada onları təşviq etməlidir. Bundan əlavə beynəlxalq qaydalara və ATƏT-in öhdəliklərinə zidd olan, ifadə azadlığını məhdudlaşdıran qanunlar ləğv olunmalıdır.

Kütləvi informasiya vasitələri də daxil olmaqla bütövlükdə ifadə azadlığına qarşı ələlxüsus dövlət təsisatları tərəfindən təhdid və hücumların qarşısını almaq üçün effektiv sistemlər səmərəli şəkildə tətbiq edilməlidir.///Bastainfo.com

 


Вернуться назад