Главная > Region > Su quyusu qazarkən quyudan qədim saxsı qablar çıxdı - VİDEO

Su quyusu qazarkən quyudan qədim saxsı qablar çıxdı - VİDEO


15-01-2018, 22:16.

                        Su quyusu qazarkən quyudan qədim saxsı qablar çıxdı-VİDEO

Lənkəran sakini həyətində su quyusu qazarkən quyudan saxsı qablar çıxıb. Qabların bir neçə yüz il əvvəlki dövrə aid olma ehtimalı var. Aşkar olunan saxsı qabların məişətdə istifadə olunduğu güman edilir.

 

Su quyusu qazarkən quyudan qədim saxsı qablar çıxdı.

 

Lənkəran rayonunun Cil kənd sakini Amid Xurşudzadə həyətyanı sahəsində su quyusu qazıb. Qazıntı işləri apararkən yerin beş metr dərinliyindən saxsı qablar çıxıb. Qabların ikisi bütöv, biri isə sınmış halda olub. O, kəndin yaşlı adamları və tarix müəllimlərinə də bu əşyaları göstərib.

 

Amid Xurşudzadə deyir ki, aşkar olunan əşyalar həcmindən məişətdə istifadə olunan qablara bənzəyir. O, dulusçuluq məmulatlarını yoxlanılması və tarixinin araşdırılması üçün aidiyyəti qurumlara təhvil vermək niyyətindədir.

 

Kənd sakinlərinin fikirincə, saxsı qabların bir neçə yüz il əvvəlki dövrə aid olma ehtimalı var. Daha dəqiqini isə tarixçilər müəyyən edəcək.


 


Вернуться назад