Главная > Ümumi > Məmmədyarov Nalbandyanla Krakovda görüşəcək

Məmmədyarov Nalbandyanla Krakovda görüşəcək


16-01-2018, 13:30.

                     Məmmədyarov Nalbandyanla Krakovda görüşəcək

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri və erməni həmkarı ilə görüşünün vaxtı dəqiqləşib.

Virtualaz.org Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən bildirir ki, yanvarın 18-də E.Məmmədyarov Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şefer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək.

Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

 


Вернуться назад