Главная > Baş Xəbər > ABŞ-ın birtərəfli hərəkətləri Qərb üçün ölümcül nəticələr törədir - “Le Figaro”

ABŞ-ın birtərəfli hərəkətləri Qərb üçün ölümcül nəticələr törədir - “Le Figaro”


17-01-2018, 17:00.

             ABŞ-ın birtərəfli hərəkətləri Qərb üçün ölümcül nəticələr törədir -"Le Figaro”

 

"Konsensuslar diplomatiyası bitib. Bunun yerinə Donald Tramp ultimatumlar diplomatiyasına üstünlük verib. Özü də bu siyasətdə ABŞ boynuna heç bir öhdəlik götürmədən özü üçün ancaq hüquqlar tələb edir”.

Fransanın "Le Figaro” qəzetinin yazarı Reno Jirarın analitik yazısı bu sətirlərlə başlayır.

Uluyol.az musavat.com-a istinadən  həmin yazını təqdim edir:

Müəllifin fikrincə, Obamanın iki prezidentlik dövrü ən çox siyasi münasibətlərdə konsensuslarla yadda qalmışdı. Bu bir çox uğurlu diplomatik layihəni həyata keçirməyə imkan yaratmışdı. Bunların içində 2015-ci ilin iyulunda İranla imzalanan "Birgə hərtərəfli fəaliyyət planı”nı (BHFP- ən çox "İranla bağlanmış nüvə anlaşması” kimi tanınır) və ya 2015-ci ilin dekabrında bağlanan "İnsan faəliyyəti nəticəsində əmələ gələn qlobal istiləşmənin azaldılması üzrə Paris sazişi”ni qeyd etmək olar.

Lakin Tramp administrasiyasının fəaliyyətindən bir il ötdükdən sonra ABŞ diplomatiyasının tamamilə başqa yol seçdiyi açıq-aşkar göründü. Böyük beynəlxalq işlərə və vəzifələrə çoxtərəfli yanaşma üsulu yerinə birtərəfli qaydada hərəkət tərzi gəlib. Diplomatik konsensuslar ultimatumlar diplomatiyası ilə əvəzlənib. Ən son ultimatum isə 2018-ci ilin yanvarın ayının 12-də, İranla nüvə sazişini imzalayan Fransa, Böyük Britaniya və Almaniyaya verilib. D.Tramp gözündə fəlakət kimi görünən bu müqavilənin zərərli nəticələrini aradan qaldırılması üçün həmin ölkələrə 120 gün vaxt verib.

Картинки по запросу iran nuclear deal

 

Müəllifin fikrincə, Donald Trampın İranla bağlanan sazişi ləğv etmək arzusu 39 ildir düşmən kimi təqdim olunan bir ölkə ilə bağlı olduğu üçün həm respublikaçı, həm də demokrat elektorat tərəfindən anlayışla qarşılana bilər. Lakin o, sazişlə əlaqədar 2 əsas faktı öz vətəndaşlarının diqqətindən qaçırır:

Birincisi, BHFP "Nüvə silahının yayılmasının qarşısının alınması haqqında” 1968-ci il sazişindən bu yana ən güclü beynəlxalq təftişi həyata keçirməyə imkan verir.
İkincisi, artıq avropalılar da 2 ildən çox davam edən danışıqlardan sonra əldə olunan bu cür qiymətli sazişin bircə sətirinə də düzəliş etməyəcəklərini Vaşinqtonun diqqətinə çatdırıb. Bundan başqa, sazişin digər iştirakçıları, İran, Çin və Rusiya ümumiyyətlə bu barədə bir söz də eşitmək istəmirlər.

Картинки по запросу trump iran

"Əgər ABŞ İranda islahatçıları zəiflətmək və İslam keşikçiləri korpusunu atom bombası yaratmaq kursuna geri dönməsini istəyirsə, bundan (Trampın yeni siyasəti-red.) daha gözəl vasitə tapa bilməzdi”, -Jirar qeyd edir.

 

Müəllifin rəyinə görə, 2-ci dünya müharibəsindən sonra ABŞ həmişə xarici siyasətdə ardıcıllıq prinsipini rəhbər tutub. Ayrı-ayrı prezidentlər müəyyən yeniliklər gətirsələr belə, onlar heç vaxt sələflərinin çəkdiyi xətdən kənara çıxmayıblar. Tramp bu miras prinsipi kökündən dəyişib:

"Trampın birtərəfli yanaşma tərzi zərərli və fəlakətli nəticələrə gətirib çıxarır.O, ABŞ üçün ancaq hüquqlar tələb edir, bunun əvəzində isə üzərinə heç bir öhdəlik götürmək istəmir”.

Avropada ona olan inam sarsılıb. Burada onun İqlim üzrə Paris sazişindən çıxmasının, habelə NATO xartyasının 5-ci maddəsi (kollektiv müdafiə-red) ilə bağlı ziddiyyətli fikirlərinin rolu böyükdür.

Картинки по запросу trump european union

 

Miqrasiya problemlərinə çoxtərəfli həll prinsipindən imtina etməsinə görə Latın Amerikasının ondan zəhləsi gedir. Ərəb-müsəlman dünyası və Afrikada isə onun ayrı-ayrı xalqları təhqir etməsi, habelə İsrail-Fələstin münaqişəsində ənənəvi neytrallıqdan vaz keçməsi nəticəsində özünə qarşı hər kəsdə nifrət oyadıb.

Asiyada isə 2016-cı ilin fevralında Oklenddə imzalanan "Sakit okean ticarət tərəfdaşlığı”ndan çıxmaqla özü də istəmədən Çinin güclənməsinə yol açıb.
"Ruzvelt dövründən bu yana hamı ABŞ-ın beynəlxalq münasibətlərdə pis və ya yaxşı nüfuz etdiyinə alışmışdı. İndi işlər əsla bu cür deyil”, -müəllif qeyd edir.
Nüfuzlu Yel universitetinin professoru, Şərqi Avropa tarixi üzrə ekspertlərdən sayılan Timoti Snayderin fikrincə, Trampın dövründə ABŞ-ın xarici siyasəti yox dərəcəsindədir.

Картинки по запросу state department budget cuts

 

"Donald Tramp Dövlət Departamentini zəiflətməklə məşğuldur. O, büdcəni olduqca qısaldıb. Bir çox aparıcı diplomat istefa verməyə məcbur olub.Tramp qoy hər yerdə ABŞ-ın necə güclü və möhtəşəm olduğunu bəyan etsin. Lakin Yeni Zelandiya və ya Avstrlaliya, Vyetnam və ya Cənubi Koreyanın gözündə vəziyyət artıq tamam başqa cürdür. Onlar hər gün Çinin nə etdiyinə baxırlar”, - ekspert qeyd edib.


 


Вернуться назад