Главная > İdman > "Qarabağ" Rusiya komandası ilə qarşılaşdı: 4 qol

"Qarabağ" Rusiya komandası ilə qarşılaşdı: 4 qol


17-01-2018, 21:06.

                "Qarabağ" Rusiya komandası ilə qarşılaşdı: 4 qol 

 

"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.

Uluyol.az axar.az-a istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası Rusiyanın birinci divizionunda mübarizə aparan "Kuban”la qarşılaşıb. Görüş 2-2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, "Qarabağ" Antalya toplanışında yanvarın 20-si Polşanın "Lexiya", yanvarın 25-i öncə Makedoniyanın "Şkupi", daha sonra isə Ukraynanın "Mariopul" klubları ilə üz-üzə gələcək. "Qarabağ"ın beşinci sınağı Bosniya və Hersoqovinanın "Sarayevo" komandasına qarşı olacaq.

 


Вернуться назад