Главная > Cəmiyyət > Tanınmış vəkil 25 ildir Şəhidlərin “Qan pulu”nun verilməməsindən yazdı – “Heç olmasa bu dəfə insafa gəlin!”

Tanınmış vəkil 25 ildir Şəhidlərin “Qan pulu”nun verilməməsindən yazdı – “Heç olmasa bu dəfə insafa gəlin!”


17-01-2018, 23:27.

Tanınmış vəkil 25 ildir Şəhidlərin "Qan pulu”nun verilməməsindən yazdı –"Heç olmasa bu dəfə insafa gəlin!”

 

Azərbaycanın tanınmış hüquqşünası, vəkil Aslan İsmayılov öz facebook səhifəsində şəhid ailələrinə və Qarabağ əlillərinə verilməli olan, 25 ildir verilməyən "Qan pulu” - Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası məsələsini qaldırıb.

Uluyol.az qaziler.az saytına istinadən hörmətli vəkilimizin statusunu oxuculara təqdim edirik:

"Qarabağ müharibəsindən 25 il keçir. Bu gün də Qarabağ müharibəsində həlak olanların ailəsinə "qan pulu” deyilən 11 min manat birdəfəlik müavinət ödənilməyib. Bu pulu gözləyənlərin çoxları rəhmətə gedib və yəqin ki, o dünyada bizə haqlı olaraq lənət oxuyurlar. Sağ qalanların da dərman puluna ehtiyacları var. Neftin qiyməti yüksək olanda pulları dağıtdılar. İndi yenə neftin qiyməti qalxır, heç olmasa bu dəfə insafa gəlin, o pulları ödəyin. Hər dəfə o ailələrdən mən müraciət edib pulların ödəniləcəyini soruşanda mən utanıram. Bir az da o hissdən sizdə olsun. Nə olar?! Axı deyirlər ki, qan pulunu yemək olmaz.

P.S. O pulu alacaq insanlar da çox qalmayıb”.

 

Uluyol.az


Вернуться назад