Главная > Aktual > Türkiyədə fövqəladə vəziyyət rejimi yenidən uzadılacaq

Türkiyədə fövqəladə vəziyyət rejimi yenidən uzadılacaq


17-01-2018, 22:55.

                       Türkiyədə fövqəladə vəziyyət rejimi yenidən uzadılacaq

 

Türkiyə Milli Təhlükəsizlik Şurası hökumətə ölkədə fövqəladə vəziyyət rejimini daha 3 ay müddətinə uzatmağı tövsiyə edib.

 

APA-nın məlumatına görə, bu barədə Şuranın iclasının yekunları ilə bağlı yayılan açıqlamada bildirilir.

 

İclas dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilib.

 

Ölkədə fövqəladə vəziyyət rejimi 2016-cı ilin iyulunda çevrilişə cəhddən sonra tətbiq edilib.

 


Вернуться назад