Главная > Kriminal > Bakıda banka basqın olub

Bakıda banka basqın olub


18-01-2018, 15:53.

              Bakıda banka basqın olub

"Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub.

"Report”un xəbərinə görə, hadisə bankın Nizami küçəsi-53 ünvanında yerləşən Yasamal filialında qeydə alınıb.

Məlumata görə, əlində kəsici alət olan naməlum şəxs filialın kassasına yaxınlaşaraq kassirdən hədə-qorxu ilə pul tələb edib.

Hadisə yerinin yaxınlığında olan polis əməkdaşları həmin şəxsi yaxalayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

 


Вернуться назад