Главная > Ümumi > Saakaşvili Polşadan Niderlanda gedəcək

Saakaşvili Polşadan Niderlanda gedəcək


14-02-2018, 15:15.

                 Saakaşvili Polşadan Niderlanda gedəcək 

 

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili deportasiya olunduğu Polşadan Niderlanda gedəcək.

Bunu M.Saakaşvili özü elan edib.

O qeyd edib ki, Avropa ölkələrində bir sıra görüşlər keçirməyi planlaşdırır. M.Saakaşvili Belçika, Almaniya və Fransaya da səfər edəcəyini deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl M.Saakaşvili Kiyevdə saxlanmış və məhkəmə qərarı ilə Polşaya deportasiya olunmuşdu.

Sabiq prezident Ukraynada, eləcə də Gürcüstanda hakimiyyətin dinc yolla dəyişməsi üçün mübarizəsini davam etdirəcəyini vurğulayıb.

 


Вернуться назад