Главная > Region > Xınalığa 43 sm hündürlüyündə qar yağıb

Xınalığa 43 sm hündürlüyündə qar yağıb


19-02-2018, 11:15.

               Xınalığa 43 sm hündürlüyündə qar yağıb 

 

 

Ötən gündən başlayaraq, şimal bölgəsinə qar yağıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, ən çox qar Qubanın Xınalıq kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 43 sm-ə çatıb. Rayonun qarın hündürlüyü Qırız kəndində 40 sm, Qonaqkənddə 20 sm, Qusarın Ləzə kəndində 31 sm, Xızının Altıağac qəsəbəsində 16 sm olub. Temperatur isə mənfi 7 dərəcəyədək aşağı düşüb.


Вернуться назад