Главная > Dünya > Suriya 48 saat ərzində Afrinə qoşun yeridə bilər

Suriya 48 saat ərzində Afrinə qoşun yeridə bilər


19-02-2018, 08:36.

                           Suriya 48 saat ərzində Afrinə qoşun yeridə bilər

 

Terrorçu PKK qruplaşmasının Suriyadakı qollarından biri olan YPG-nin yaraqlıları Afrin şəhərində (Hələbdən 65 km məsafədə) və Türkiyə ilə sərhəd rayonlarında bir neçə mövqeni Suriya ordusuna təhvil verəcək.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə kürdlərin "Firat" informasiya agentliyi məlumat yayıb.

Bildirilir ki, hökumətin qoşun bölmələri yaxın 48 saat ərzində Afrinə yeridilə bilər. Bu barədə razılaşma Hələbdə tərəflər arasında aparılan danışıqların yekununda əldə olunub.

Kürd terrorçuları Dəməşqdən həmçinin Türkiyənin hava və qurudan anti-terror əməliyyatları apardığı Afrin şəhərinin hava hücumundan müdafiəsini təmin etməsini istəyib.

 


Вернуться назад