Главная > Dünya > Hindistanda hərbi bazaya girməyə çalışan naməlum şəxs güllələdilər

Hindistanda hərbi bazaya girməyə çalışan naməlum şəxs güllələdilər


19-02-2018, 12:31.

                Hindistanda hərbi bazaya girməyə çalışan naməlum şəxs güllələdilər

 

Hindistanda naməlum şəxs Cammu və Kəşmir ştatındakı Buqdam rayonunda yerləşən Hərbi Hava Qüvvələrinə məxsus bazaya qanunsuz girməyə çalışıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, keşikçinin xəbərdarlıq atəşinə məhəl qoymayan şəxs hərəkətinə davam edib və keşikçi qanun pozucusuna atəş açıb. O, ölüb.

Ştat polisinin "Twitter" hesabında yerləşdirilən rəsmi məlumata görə, gecəyarısı bazaya soxulmağa çalışan naməlum şəxsin ruhi problemlərinin olduğu ehtimal edilir.

Ölən şəxsin kimliyi müəyyənləşdirilsə də motivləri hələ məlum deyil.

Rəsmilər məsələnin araşdırılacağını bildiriblər.

 


Вернуться назад