Главная > Region > Ucarda evləri su basdı - FOTOLAR

Ucarda evləri su basdı - FOTOLAR


19-02-2018, 18:17.

                  Ucarda evləri su basdı - FOTOLAR

 

Ucarda fevralın 18-də yağan güclü yağış fəsadlar törədib.

Şəhərin Həzi Aslanov və Koroğlu küçələrində yaşayan sakinlərin evlərini su basıb. Sakinlər analoji hadisənin uzun illərdir davam etdiyini deyiblər. Belə ki, hər yağışdan sonra evlərə su dolur. Dəfələrlə bu barədə aydiyyəti orqanlara məlumat verilsə də, nəticəsi olmayıb.

Kanalizasiya sistemi yararsız vəziyyətdə olduğundan sakinlər hətta öz vəsaitləri hesabına da evlərin həyətyanı sahələrindən suyun çəkilməsinin qeyri-mümkün olduğunu söyləyiblər.

Ucar rayon İcra Hakimiyyətinin müvafiq qurumları hələlik problemə münasibət bildirməyiblər.

 


Вернуться назад