Главная > Mədəniyyət > Jerar Depardye Əlcəzairə köçmək niyyətindədir

Jerar Depardye Əlcəzairə köçmək niyyətindədir


20-02-2018, 11:51.

           Jerar Depardye Əlcəzairə köçmək niyyətindədir

 

Fransız aktyor Jerar Depardye Əlcəzairə köçmək niyyətini açıqlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə aktyorun özü bildirib.

"Tezliklə Əlcəzairdə yaşayacağam, Əlcəzair şəhərini seçmişəm. Bu, möhtəşəm ölkədir", - J.Depardye deyib.

O, Əlcəzairin tarixinə maraq göstərdiyini vurğulayıb və savadsız fransızlar tərəfindən işğal edilən bu ölkənin sakinlərinin ağıllı olduğunu qeyd edib.

Aktyor həmçinin hər yerdə bir az yaşadığını bildirib.

Qeyd edək ki, J.Depardyenin Rusiya və Belçika vətəndaşlığı var.

 


Вернуться назад