Başçının 15 min manatını MTN çetesinə çatdırmış təhsil
şefi kimdir?"Gündəlik Bakı” qəzətinin baş redaktoru, uzun illər Milli
Təhlükəsizlik Nazirliyinin himayəsi altında müxtəlif məmurları şantaj edərək
külli miqdarda pullarını almaqda ittiham olunan Habil Vəliyevin cinayət işində
olduqca incə məqam var
Məhkəmə materiallarına istinadla xəbər veririk ki, Laçının keçmiş icra başçısı
Ramiz Cəbrayılov onun qurbanlarından biri olub.
Sabiq başçı istintaqa ifadəsində deyib ki, barəsində "Gündəlik Bakı” qəzetində
2011-ci ildən başlayaraq Habil Vəliyevin imzası ilə həqiqətə uyğun olmayan, şər-böhtan
xarakterli, rüsvayedici silsilə məqalələr dərc olunub.
Keçmiş icra başçısının ifadəsinə görə, H.Vəliyevdən yazdığı faktları yerində
araşdırmasını, ailəsi və özü barədə böhtan xarakterli yazılara son qoymasını təklif
edib:
”Habilin çox təhlükəli insan olduğunu, insanlığa yaraşmayan xislətini görüb,
abrıma sığınıb barəmdə yazılan rüsvayedici məlumatlardan yaxa qurtarmaq üçün
2012-ci ildə Laçın rayon Təhsil Şöbəsinin müdiri Malik Vəliyev vasitəsilə Habilə
15 min manat göndərdim”.
Bu fakt R.Cəbrayılovun istintaqa ifadəsində ağzından çıxıb. Yəni, rüşvət
verdiyini və M.Vəliyevin də kuryer kimi pulu daşıdığını etiraf edib.
Təhsil şöbəsi müdiri Təhsil Nazirliyinə tabedir. Bəs görəsən, M.Vəliyev icra
hakimiyyəti başçısının 15 min manatını niyə baş redaktora çatdırıb?
Hazırda vəzifəli yüksələn M.Vəliyev Tərtər Regional Təhsil İdarəsinin
müdiridir. Laçın sakini Baxşeyiş Xudayarov Salyan oğlu bildirmişdi ki, bir
rayonun Təhsil Şöbəsini korrupsiya yuvasına çevirən Malik Vəliyevi Təhsil
Nazirliyi yüksək məbləğdə rüşvət qarşılığında 6 rayona (Tərtər, Ağdam, Ağcabədi,
Laçın, Füzuli və Xocavənd rayon Təhsil Şöbələrinin bazasında Tərtər Regional Təhsil
İdarəsinə) təhsil rəhbəri təyin korrupsiyaya qarşı ciddi mübarizə siyasətinə
tam ziddir.
Təhsil nazirinin müavini Ceyhun Bayramov Laçın rayon Təhsil Şöbəsinin müdri
Malik Vəliyevin Təhsil Şöbəsində yol verdiyi ciddi qanun pozuntularına göz
yumub.
Laçın Təhsil Şöbəsində hər ayın axrında məktəb direktorlarından hesab yığlır
(şagirdlərin sayı 1000-dən az olan məktəb direktorlarından 500 manatdan,
şagirdlərin sayı 1000-dən çox olan məktəb direktorlarından 1000-1500
manatdan).
Təhsil Şöbəsinin müdri Malik Vəliyev elə bir sağlam korrupsiya şəbəkəsi yaradıb
ki, Təhsil Şöbəsindən çıxmasına baxmayaraq, yenə də aylıq hesabı yığlır.
Direktorlar M.Vəliyevin aylıq qoyduğu məbləği düzəltmək üçün məcbur qalıb fəaliyyəti
olmayan elmi dərnəklərdəki dərs saatları ,sağlam və yüngül fiziki qüsurlu
uşaqlara məktəbə gələ-gələ saxta sənədlər düzəldərək fərdi dərs saatları
yazmaqla və s. hesabına qoyulan dasqını düzəldirlər.
Mediaya istinadən xəbər veririk ki, hər il dövlət büdcəsindən Laçın rayon təhsilinə
ayrılan 100 min manatlarla vəsaiti M.Vəliyev Laçın rayon maliyyə şöbəsi ilə əlbir
olaraq müxtəlif adlar altında talan ediblər.
İnventarların satın alınmasına , yumşaq inventarların satın alınmasına, məktəbli
paltarlarının alınmasına, təhsil sahəsini əhatə edən ümumi təmir işlərinə, dəftərxana
ləvazimatlarının alınmasına, avadanlıqların satın alınmasına və digər xərclər
üçün ayrılmış vəsaiti müxtəlif MMC-lərin adına sənədləşdirərək mənimsəyiblər.
Araşdırılma aparılsa bu vəsaitin heç 10%-i təyinatı üzrə xərclənməyib. Laçın
rayon ümumtəhsil məktəblərində işləyən müəllimlərin yaşayış yeri və əsas iş
yeri haqqında maliyyə nazirliyi araşdırma aparsa aylıq 250-350 manat əmək haqqı
adlarına yazldığı və faktiki olaraq işləməyən 50-dən çox müəllimin olduğu aşkar
olar.
M. Vəliyev Təhsil Şöbəsindəki vakant dövlət qulluğu vəzifələrini Prezident
yanında dövlət qulluğu məsələləri üzrə komisiyadan gizlədərək müsabiqəyə verməyib.
Müsabiqədə keçid balı toplaya bilməyən 4-5 namizədin hər birindən 5000 manat
rüşvət alaraq təhsil şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifələrinə təyin
edib.
M. Vəliyev heç bir zərurət olmadığı təqdirdə həmin ixtisas müəllimlərindən
500-1000 manat rüşvət alaraq 1 (bir) illik müqavilə ilə müəllim işlədir.
M. Vəliyev saxta diplomları olan şəxslərdən külli-miqdarda rüşvət alaraq çox
asan yollarla əvvəlcə məktəblərdə psixoloq vəzifəsinə təyin edir.
Sonradan qeyri-qanuni olaraq həmin şəxslərə dərs tədris etdirir və hətta
bununla kifayətlənməyərək bu şəxsləri direktor, direktor müavini vəzifələrinə təyin
edib.
Laçın rayon təhsil şöbəsində araşdırılma aparılsa 100-dən çox belə korrupsiya
faktları və ciddi qanun pozuntularına yol verildiyi aşkar olar.
M.Vəliyev bir qardaşı Arif Vəliyev "La parfumery” mağazaları şəbəkəsinin
sahibidir. Digər qardaşı Səməd Vəliyev Vergilər Nazirliyində işləyir.
İş adamı Ərəstun Nəsibov MTN işi üzrə ifadəsində bildirib ki, şəriki Arif Vəliyevlə
birlikdə Rusiya və Avropadan Azərbaycana kosmetika malları gətirib. Bir gün isə
işə gedərkən MTN-çilər onun maşınının qarşısını kəsib nazirliyə
aparıblar.
Məlum olub ki, MTN tərəfindən saxlanmış Arif Vəliyevin qardaşı Səməd Vəliyev
bir çox vəzifələrdə çalışıb.
O, Şəkidə 11 saylı Vergi İdarəsinin rəisi, Yevlaxın Regional İdarəsinin rəisi,
ardınca Sumqayıtda çalışıb.
S.Vəliyevin xanımı ilə vergilər naziri Fazil Məmmədovun həyat yoldaşı çox yaxın
münasibətləri var. Hətta çox adam onları bacanaq kimi tanıyırlar.
Fia.Az
Вернуться назад
|