Главная > Maraqlı > Dünyanın ən dəqiq işləyən saatı haradadır?

Dünyanın ən dəqiq işləyən saatı haradadır?


21-02-2018, 08:28.

                      Dünyanın ən dəqiq işləyən saatı haradadır?    

 

Moskvada 300 milyon il ərzində bir saniyə xəta ilə işləyən saat yaradılıb. Unikal mexanizm rusiyalı alimlər tərəfindən yaradılıb. Onların sözlərinə görə, bu, dünyada ən dəqiq işləyən saatdır, həmçinin əbədi mühərrikdir, çünki onu işə salmaq lazım deyildir. Saatda rəngli spektral zolaq siferblat rolunu yerinə yetirir.

 

Qurğu müxtəlif texnologiyalarda əldə edilmiş tərəqqidən geri qalmamaq üçün lazımdır. Məsələn, müasir "GPS” məkanda lazımi nöqtənin mövqeyini uzun müddət ərzində müəyyənləşdirdiyinə görə üç metrədək məsafədə səhvə yol verir. Belə dəqiqlik isə sürücüsüz avtomobilin yaradılmasında əlverişli deyil. Atom saatı isə bu məsələnin həllində kömək edə bilər.

 

İlk atom saatı hələ 1968-ci ildə düzəldilsə də, ancaq indiyədək onların geniş tətbiqi məhdudlaşdırılıb.//musavat.com

 


Вернуться назад