Главная > İdman > Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib

Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib


22-02-2018, 08:19.

                 Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib

 

Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində son cütlüklər meydana çıxıb. Apasport.az saytının məlumatına görə, bu dəfə diqqətlər İspaniya və Ukraynaya yönəlib.

 

"Sevilya" ilə "Mançester Yunayted" arasındakı qarşılaşmaya maraq daha böyük olub. Bu, eyni zamanda "Çelsi" - "Barselona" cütlüyündən sonra 1/8 finalda ikinci ingilis-ispan dueli olub. Görüş qolsuz bərabərliklə başa çatıb.

 

Mərhələnin digər görüşü Xarkovda baş tutub. "Qarabağ"ın yer aldığı C qrupunu zirvədə tamamlayan "Roma" "Şaxtyor"un qonağı olub. Oyunda hesabı qonaqlar açıb. Cengiz Ünder Çempionlar Liqasında ilk qolunu vurub. Amma fasilədən sonra toparlanan "Şaxtyor" qələbə qazana bilib. Fred və Ferreyra komandalarına qələbə gətirən qollara imza atıblar.

 

UEFA Çempionlar Liqası

 

1/8 final mərhələsi (ilk oyunlar)

 

21 fevral

 

"Sevilya" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 0:0

 

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Roma" (İtaliya) - 2:1

 

Qollar: Ferreyra, 52, Fred, 71 - Cengiz Ünder, 41

 


Вернуться назад