Главная > Siyasət > Hədəf Polşa hökumətidir - Avropa Komissiyası

Hədəf Polşa hökumətidir - Avropa Komissiyası


23-02-2018, 19:05.

            Hədəf Polşa hökumətidir - Avropa Komissiyası 

 

AB ilə Polşa arasında məhkəmə islahatları ucbatından münasibətlər yolunda deyil.

Axar.az xəbər verir ki, Avropa Komissiyasının sədri Jan-Klod Yunker Avropa Komissiyasının Polşa xalqı ilə konfliktdə olmadığını bildirib:

"Bu, Avropa Komissiyası ilə Polşa hökuməti arasında olan qarşıdurmadır və biz bu problemi həll edəcəyik".

Qeyd edək ki, Polşa hökuməti bundan öncə ölkədə məhkəmə islahatlarına başlayıb. Bu islahatlara əsasən, Konstitusiya Məhkəməsinin səlahiyyətləri demək olar ki, hakim partiyanın əlinə keçib. Əvvəllər Polşa Konstitusiya Məhkəməsi adi səs çoxluğu ilə qərar qəbul edə bilirdisə, indiki reformlara əsasən, bunun üçün məhkəmə heyətinin üçdə ikisinin səsinə ehtiyac olacaq. Üstəlik, iqtidar Konstitusiya Məhkəməsinin heyətini də genişləndirərək, 15-ə çatdırıb. Bu genişlənmə hökumətin öz adamlarını buraya yerləşdirməsi ilə nəticələnib.

 


Вернуться назад