Главная > İdman > Avroliqanın püşkü atıldı: kim kimə rəqib oldu?

Avroliqanın püşkü atıldı: kim kimə rəqib oldu?


23-02-2018, 16:40.

                 Avroliqanın püşkü atıldı: kim kimə rəqib oldu?

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.Qaynarinfoxəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə 8 cütlük müəyyənləşib.

 

Bu dəfə kor püşkdən istifadə olunub. Belə ki, komandalar artıq səbətlərə bölünməyib. Bütün iştirakçılar eyni səbətdən çıxarılıb. Eyni ölkə təmsilçilərinin bir-birinə rəqib olmaq imkanı olsa da, bu baş verməyib.

 

Bu mərhələdə erkən final adlandırıla biləcək qarşılaşmalar baş tutacaq. Bunlardan biri "Milan" - "Arsenal" görüşüdü. Favoritlərdən "Marsel"lə "Atletik"in qarşılaşması da azarkeşlərə maraqlı mübarizə vəd edir.

 

"Qarabağ"ın Çempionlar Liqasında rəqib oldubu və iki oyunda heç-heçə etdiyi "Atletiko" Moskvaya səfər edəcək. Belə ki, püşk Madrid klubunu "Lokomotiv"ə rəqib edib.

 

Avropa Liqası

1/8 final

 

"Latsio" (İtaliya) -"Dinamo" (Ukrayna)"Leypsiq" (Almaniya) -"Zenit" (Rusiya)

"Atletiko", (İspaniya) -"Lokomotiv" (Rusiya)

ÇSKA (Rusiya) -"Lion" (Fransa)

"Marsel" (Fransa)-"Atletik" (İspaniya)

"Sportinq" (Portuqaliya) -"Viktoriya" (Çexiya)

"Borussiya" (Dortmund, Almaniya) -"Zalsburq" (Avstriya)

"Milan" (İtaliya) -"Arsenal" (İngiltərə)

 

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları martın 8-də və 15-də keçiriləcək.

 


Вернуться назад