Главная > Baş Xəbər > Putin dünyanı bu silahlarla dəhşətə gətirdi - Video

Putin dünyanı bu silahlarla dəhşətə gətirdi - Video


2-03-2018, 08:17.

            Putin dünyanı bu silahlarla dəhşətə gətirdi - Video

Ötən gün Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə Federal Şuranın toplantısı keçirilib.

Axar.az xəbər verir ki, iclasda yeni raket kompleksləri, qanadlı raketlər üçün nüvə təchizatı, döyüş lazer kompleksləri və s. yeni nəsil silahlar haqda nümayiş edilib.

"Sarmat” raket kompleksi

Əvvəlcə, Putin heç bir məsafə məhdudiyyəti olmayan ağır qitələrarası ballistik "Sarmat” raketini təqdim edib. "Sarmat” 200 tonluq supersilah olmasına baxmayaraq, aktiv uçuş imkanına malikdir. Lakin antiraket sistemlərinin məhv edilməsində problemlər yaşayır.

"Sarmat” ən qabaqcıl müdafiə sistemləri, nüvə silahları və hipersonik sistemlə təchiz ediləcək”, - deyə Putin bildirib.


Qanadlı raketlər üçün nüvə təchizatı kompleksləri

Kreml rəhbəri bu silah barədə də məlumat verib. Onun sözlərinə görə, ikinci sırada olan bu silahlar məhdudiyyətsiz radiusda çevik fəaliyyətlidir və qarşısıalınmaz uçuş məsafəsi var.


Piltosuz sualtı "Status-6” aparatı

Putin dərinlikdə hərəkət edə bilən bu aparatın yaradılmasından dolayı öyündüyünü gizlətməyib. Putin qeyd edib ki, bu pilotsuz aparat ən dərin nöqtədə belə sualtı qayıqlarla rəqabətdə anidən sürətini artıra bilər.
"Yüksək manevrlidir. Bundan hazırda dünyada yoxdur”, - Putin bildirib.


"Xəncər” raket kompleksi

Dövlət başçısı bildirib ki, "Xəncər” dünyada analoqu olmayan raket kompleksidir.

"Yüksəksürətli təyyarələr "Xəncər”i bir neçə dəqiqə ərzində dünyanın istənilən nöqtəsinə apara bilər. Raket səsdən 10 dəfə sürətlidir. Nəticədə raket havadan müdafiə və raketdən müdafiə manelərini aşa bilir”, - deyə bildirib.


Döyüş lazerləri

Putin lazer silahlarının yaradılmasında əldə edilən uğurları sadalayıb:

"2017-ci ildən bəri lazer silahlar sayəsində ordunun manevr qabiliyyəti daha da artıb”.


 


Вернуться назад