Главная > Baş Xəbər > Erməni lobbisindən ETİRAF: Xocalı qətliamını Ermənistan törədib
Erməni lobbisindən ETİRAF: Xocalı qətliamını Ermənistan törədib2-03-2018, 12:15. |
Erməni lobbisindən ETİRAF: Xocalı qətliamını Ermənistan törədibAmerikadakı radikal erməni lobbisinin təhriki ilə Kaliforniya Ştat Senatında fevralın 28-də həyata keçirilən, Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş dinləmələrdə lobbi nümayəndəsi tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətə uyğun olmayan, qərəzli və təhrif olunmuş məlumatlar səsləndirilib. Modern.az-ın məlumatına görə, dinləmələrin
ardınca zalda əyləşənlər şərh və suallar verməyə dəvət olunublar. Kaliforniyada
yaşayan Azərbaycan icmasının gənc üzvləri gözəl ingiliscə faktlara əsaslanan sərt
çıxışlar edərək, səsləndirilən yalan məlumatları ifşa ediblər. Onlar həm
senatorları, həm də çıxış edən erməni lobbisinin nümayəndəsini əməlli başlı
sıxışdıraraq, Sumqayıt hadisələrinə toxunulduğu halda niyə heç bir yerdə Xocalı
faciəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində öz doğma
torpaqlarından didərgin düşmüş 1 milyona yaxın qaçqın və məcburi köçkün
haqqında bəhs edilmədiyi, nəyə görə Azərbaycan icmasından heç kimin çıxış üçün
dəvət olunmadığı və məsələlərə birtərəfli yanaşılması ilə bağlı suallar
ünvanlayıblar. Pis vəziyyətdə qalan və suallara cavab verə bilməyərək hər vəchlə
onlardan yayınmağa çalışan senator E.Portantinonun köməyinə erməni icmasının
üzvləri yetişməyə çalışıblar. Вернуться назад |