Главная > Baş Xəbər > "Dağlıq Qarabağ ətrafındakı gərginlik bu il genişmiqyaslı hərbi münaqişəyə gətirib çıxara bilər"

"Dağlıq Qarabağ ətrafındakı gərginlik bu il genişmiqyaslı hərbi münaqişəyə gətirib çıxara bilər"


7-03-2018, 20:25.

         "Dağlıq Qarabağ ətrafındakı gərginlik bu il genişmiqyaslı hərbi münaqişəyə gətirib çıxara bilər"

Dağlıq Qarabağ ətrafındakı gərginlik 2018-ci ildə Azərbaycan və Ermənistan arasında genişmiqyaslı hərbi münaqişəyə gətirib çıxara bilər.

 

Bu barədə ABŞ Milli Kəşfiyyatının rəhbəri Daniel Koutsun ABŞ Senatına təqdim etdiyi və bu il dünyada mümkün təhdidlərin qiymətləndirilməsi üzrə hazırlanan hesabatda bildirilib.

 

"Dağlıq Qarabağ regionu ətrafındakı gərginlik Ermənistan və Azərbaycan arasında genişmiqyaslı hərbi münaqişəyə və Rusiyanın regional müttəfiqini dəstəkləməsinə gətirib çıxara bilər. Tərəflərdən heç birinin güzəştə getmək isməməsi, tərəflərə artan təzyiqlər, Azərbaycanın sabit hərbi modernləşməsi və Ermənistanın Rusiyadan yeni silahlar alması 2018-ci ildə genişmiqyaslı hərbi əməliyyatların baş verməsi riskini yaradır", - D.Koutsun hesabatında deyilir.

 


Вернуться назад