Главная > Region > Çaylarda suyun səviyyəsi dəyişib
Çaylarda suyun səviyyəsi dəyişib8-03-2018, 10:24. |
Çaylarda suyun səviyyəsi dəyişibÇaylarda sululuq səviyyəsi dəyişib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo”ya verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-160, Kiçik Qafqazın çaylarında 150-270, Lənkəran-Astara çaylarında 10-80, Naxçıvan MR çaylarında isə 110 faizini təşkil edib. Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının
Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə
su sərfi 185 m3/s olmaqla ongünlük normanın 76 faizini təşkil edib. 2017-ci ildə
isə bu rəqəm 187 m3/s olmaqla ongünlük normanın 77 faizini təşkil edib. Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, Kür
çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə
ki, Kür çayının Surra və Şirvan məntəqələrində 4, Salyanda və Bankədə 6, Araz
çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 5 sm azalma müşahidə
olunub.
Вернуться назад |